14 Avqust 08:15
284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Deyr-əz-Zor əyalətində Koniko qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına hücum edilib, lakin mərmilər obyektin özünə dəyməyib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hücum nəticəsində itki yoxdur.

Xatırladaq ki, daha əvvəl “Reuters”in təhlükəsizlik mənbəsi Deyr-əz-Zor əyalətindəki ABŞ hərbi bazası yaxınlığında altı mərmi atıldığını və onların hamısının obyektin bilavasitə yaxınlığına düşdüyünü bildirmişdi. ABŞ-nin rəhbərlik etdiyi koalisiyanın hücuma artilleriya atəşi ilə cavab verdiyi qeyd edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər