Türkiyə daxili işlər naziri Ali Yerlikaya ölkəyə daxil olarkən barmaq izlərinin götürülməsi layihəsinin hazırlandığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
“Ali Yerlikaya gələcək üçün əhəmiyyətli layihəni açıqladı, Türkiyəyə daxil olan əcnəbilərinin ABŞ və İngiltərədəki kimi barmaq izləri götürüləcək", - deyə nəşr qeyd edib.
Nazirin sözlərinə görə, bundan başqa, müvəqqəti qoruma statusu almış şəxslərin şəxsiyyət vəsiqələri də çiplənəcək. O, layihənin suriyalılara da təsir edəcəyini vurğulayıb.
Yerlikaya belə sertifikatların saxtalaşdırılmasının mümkün olmayacağını açıqlayıb.