14 Avqust 17:08
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Gürcüstanın ikitərəfli münasibətlərin normallaşdırılması üçün konkret addımlar atacağını və təkliflər təqdim edəcəyini gözləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Tiflisdəki səfirliyi senator Jan Şahin və konqresmen Mayk Törnerin səfərindən sonra bildirib.

Səfirliyin açıqlamasında deyilir ki, Şahin və Törnerin Gürcüstanda keçirdiyi görüş və müzakirələrin əsas mövzusu ABŞ-nin bu ölkə ilə yaxşı münasibətlər qurmaq istəməsi və Tiflisdən münasibətlərin normallaşması üçün ilk addım gözləntisi ilə bağlı olub. Amerika tərəfi bununla bağlı təkliflər gözləyir.

Amerikalı hüquqşünaslar Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin taleyini yüksək vəzifəli gürcü nümayəndələri ilə müzakirə etməyiblər.

Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin ABŞ ilə münasibətləri yaxşılaşdırmaq üçün bəzi addımlar atdığını və qarşı tərəfdən də oxşar addımlar gözlədiyini açıqlamışdı.

Bir neçə gün əvvəl ABŞ hökuməti Gürcüstana maliyyə dəstəyini dayandırıb, hərbi əməkdaşlığı dondurub. Buna səbəb Gürcüstan hökumətinin “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsi olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər