Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayəti ərazisində hücum əməliyyatını davam etdirir, Suca şəhərində düşmənin axtarış və məhvini başa çatdırıblar.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Prezidenti Vladimir Zelenski ilə videobağlantı zamanı deyib.
“Günün əvvəlindən qoşunlar bəzi istiqamətlərdə bir kilometrdən iki kilometrə qədər irəliləyib. Suca şəhərində düşmənin axtarışı və məhv edilməsi başa çatıb”, - baş komandan bildirib.
Sırski bununla Suca şəhərinin tamamilə nəzarətə götürüldüyünü açıqlayıb.