8 Fevral 2015 21:46
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

2050-ci ildə dəniz səviyyəsi 40 sm yüksələrsə, liman şəhərlərinə dəyən ziyan 1 trilyon dollar olacaq.

Teleqraf.com-un məlumatına görə, Dünya Bankının araşdırmalarına görə, dəniz səviyyəsinin yüksəlməsi getdikcə inkişaf edən və əhalisi artan şəhərlər üçün böyük təhlükə yaradır. Yaşayış məntəqələrinin su altında qalması riski Mayami kimi şəhərlərə maliyyə axınına mane ola bilər.

Ekspertlər bildirirlər ki, yeni mühafizə qurğuları subasma hallarının qarşısını qismən də olsa alacaq. Amma şəhərlər gərək belə istehkamları daim yaxşı vəziyyətdə saxlasın. Yaponiyanın bir çox şəhərləri, Amsterdam, Honq-Konq, Şanxay, Nyu-York su altında qalmaq təhlükəsi ilə üzləşə bilər. Yalnız Mayamiyə dəyə biləcək ziyan 278 milyard dollar həcmində ölçülür.


Müəllif: