ABŞ-ın vitse-prezidenti Kamala Harris Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinə müqavimət göstərə bilməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizəd Ceyms Devid Vens bildirib.
Onun sözlərinə görə, jurnalistlərin suallarına cavab verə bilməyən Kamala Harris Amerika xalqına cavab verməkdən qorxur, ölkəni beynəlxalq səhnədə təmsil etmək isə onun üçün daha da çətin olacaq.
“Əgər siz medianın suallarına cavab verə bilmirsinizsə, Vladimir Putin və ya Si Cinpinə qarşı dura biləcəyinizi düşünürsünüz? Dünya liderləri ilə bir otaqda olmaq və Amerika xalqını təmsil etmək üçün sizə necə etibar edə bilərik?" - deyə, o əlavə edib.