Rusiya qoşunları Xarkov vilayətinin şimalı və Pokrovsk (Donetsk) yaxınlığında irəliləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Rusiya qüvvələri Travyan su anbarının şərq sahili yaxınlığı və Qlıbokoyun qərbində (Xarkovun şimalı) irəliləyiblər. Ruslar sıçrayış əldə etdiyi digər istiqamət isə Lukyantsinin cənubudur.
Eyni zamanda, Rusiya ordusu Donbasda Toretsk və Çasiv Yara təzyiqini davam etdirir. Hələlik bu yöndə dəyişiklik yoxdur. Amerikalı analitiklər rusların Pokrovsk istiqamətində irəliləyişini təsdiqləyiblər, bu, iki yöndə qeydə alınıb - Novoselivka Perşanın şimalı və Jelaninin şimal-qərbində.
Quru hücumları həmçinin Donetskin qərbində Krasnoqorivka və Georgivkada, vilayətin cənub-qərbində Kostantinivka, Vodyanı və Uqledarda davam edir.
Cəbhənin digər ərazilərində ciddi dəyişiklik yoxdur.