15 Avqust 12:26
4 721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətinə hücumu səkkizinci gündür davam edir. Ukraynanın daha iki (82 və 95-ci) hücum briqadası döyüşə girib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Hazırda Ukrayna ordusunun hücum korpusunda 6 briqada, 2 batalyon, xüsusi təyinatlı, PUA, artilleriya və kəşfiyyat bölmələri yer alır. Söhbət 15 minə yaxın canlı qüvvədən gedir.

Kursk vilayətinə gedən briqada və batalyonların çoxu cəbhənin Pokrovsk, Toretsk və Çasiv Yar (Donetsk vilayəti) kimi hərbi cəhətdən aktiv ərazilərdən köçürülür. Amerikalı analitik Rob Linin fikrincə, bu, Ukraynanın Kurskla bağlı irimiqyaslı və uzunmüddətli məqsədlərindən xəbər verir.

Son döyüşlərdə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) xüsusi təyinatlıları Kursk vilayətində 102 rus hərbçisini əsir götürüb. SBU-dan bildirilib ki, bu, müharibə ərzində Rusiya hərbçilərinin kütləvi şəkildə əsir götürüldüyü ilk haldır.


Müəllif: Mənsur Rəğbətoğlu