16 Avqust 00:57
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu almaniyalı general-mayor Kristian Freydinq bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin dekabr ayına qədər iki ədəd “İris-T” hava hücumundan müdafiə sistemi, 30-a yaxın “Leopard 1A5” tankı, həmçinin iki növ 16 ədəd özüyeriyən artilleriya qurğusu, PUA və PUA-dan müdafiə sistemləri alacaq.

Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevin Berlinin “Patriot” ehtiyatlarının dörddə birini alacağını bildirmişdi. Lakin Almaniya Ukraynaya uzaqmənzilli “Taurus” raketləri verməkdən imtina edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər