16 Avqust 09:14
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın ən böyük ştatı olan Yeni Cənubi Uelsin Səhiyyə Nazirliyi mpoxa (meymunçiçəyi) yoluxanların sayının kəskin artdığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, təkcə son iki ayda ştatda 93 yeni yoluxma halı qeydə alınıb. Nazirlik virusa yoluxma hallarının sayının kəskin artması fonunda ştat sakinlərini diqqətli olmağa çağırıb.

Səhiyyə departamentinin direktoru Ceremi Makanultinin sözlərinə görə, Avstraliyada tapılan ştam digər ölkələrdə, xüsusən də Afrikada olan ştamlardan fərqlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər