16 Avqust 18:18
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kursk vilayətində yaranmış vəziyyətlə bağlı bu günə kimi Rusiya tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət olmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

“KTMT-nin qəbul etdiyi prosedura əsasən, hərbi yardıma ehtiyacı olan birliyə üzv dövlət quruma rəsmi müraciət etməlidir. İndiyədək Rusiya Federasiyasından belə bir müraciət olmayıb”, - KTMT bildirib.

Həmçinin məlumatda təşkilatın vəziyyətin inkişafını diqqətlə izlədiyi vurğulanıb.

“Hərbi münaqişənin KTMT-nin məsuliyyət zonasına keçməsi eskalasiyanın yeni mərhələsidir. Analitik xidmətimiz gecə-gündüz işləyir. Vəziyyətin inkişafını diqqətlə izləyirik və təşkilatın nizamnaməsinə uyğun hərəkət edəcəyik. KTMT Katibliyi və Rusiya Federasiyasının müvafiq dövlət orqanları işçi qaydada məlumat mübadiləsi aparırlar”, - qurum qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər