Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani ilə danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qətərin dövlət xəbər agentliyi QNA məlumat yayıb.
Qeyd olunub ki, diplomatlar regionda baş verənlərlə bağlı fikir mübadiləsi aparmaqla yanaşı, ikitərəfli əməkdaşlığın perspektivləri barədə də danışıblar.
Tərəflər Yaxın Şərqdə müharibəyə son qoymaq üçün birgə vasitəçilik səylərinə də nəzərdən keçiriblər.
Diplomatlar davam edən gərginliyin azaldılması və regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.