16 Avqust 23:14
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruslar Kursk bölgəsinə daha çox qoşun yeridib və Ukrayna qüvvələrinin bölgədə irəliləməsinə mane olmaq üçün müdafiə istehkamları inşa etməyə başlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi "X" hesabında məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, avqustun 6-dan Ukrayna qüvvələri Kursk vilayətinin dərinliyinə 10-25 kilometr, cəbhənin perimetri isə 40 km-ə yaxındır.

"Rusiya müdafiə xətləri qursa da və ərazidə sərhəd qoşunları olsa da, onlar bir neçə batalyonun hücum qüvvələrinə cavab verməyə hazır deyildilər", - məlumatda qeyd
olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər