Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində yeni ərazilər tutub.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski videobağlantı vasitəsilə Prezident Vladimir Zelenskiyə deyib.
"Hücum döyüşləri davam etdirilir və bəzi istiqamətlərdə düşmənə doğru 1-3 km irəliləyirik. Bütün cəbhə xəttində döyüşlər davam edir. Vəziyyət nəzarət altındadır. Bütün tədbirlər plana uyğun həyata keçirilir", - o bildirib.
O vurğulayıb ki, Kursk vilayətindəki qoşunlar hər şeylə təmin olunub, maddi-texniki təchizat sistemi nasazlıq olmadan işləyir.
Nazir qeyd edib ki, hazırda Malaya Lokni ərazisində döyüşlər gedir: "Ümid edirəm ki, orada çoxlu əsrlər olacaq".
Sırski ölkə prezidentinə ölkənin şərqindəki vəziyyət barədə də məlumat verib. Onun sözlərinə görə, səhər saatlarından etibarən Pokrovsk və Toretsk istiqamətlərində şiddətli döyüşlər gedir: