ABŞ-nin vitse-prezidenti Kamala Harrisin prezident seçkilərində qalib gəlməsi ölkədə kütləvi aclığa səbəb olacaq.
Teleqraf.com xəbər verir ki, bunu İlon Mask "X" sosial şəbəkəsində deyib.
O, Harrisin ərzaq qiymətlərini məhdudlaşdırmaq üçün proqram təqdim etmək planını şərh edən maliyyə ekspertinin bəyanatını paylaşıb. Analitik hesab edir ki, nəticədə qida istehsalçıları biznesin rentabelliyini itirdiyi üçün müflis olacaqlar. Bu da ABŞ-ın mövcudluğunun dayanmasına və kütləvi aclığa səbəb olacaq.
Hesabatı paylaşan İlon Mask ekspertin fikrini dəstəkləyib.