Bütün Livanda elektrik enerjisi kəsilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin elektrik enerjisi şirkəti məlumat yayıb.
Şirkətin yaydığı məlumata görə, ölkəni enerji ilə təmin edən “Az-Zəhrani” elektrik stansiyalarının sonuncu qrupu onun anbarlarında yanacaq ehtiyatı tükəndiyi üçün tamamilə sıradan çıxıb. Bu, Livanın bütün ərazisinin işıqsız qalmasına səbəb olub.
Hazırda ölkənin bütün əsas infrastruktur obyektləri, o cümlədən beynəlxalq hava limanı və dəniz limanı enerjisiz qalıb.