18 Avqust 01:32
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın "Şimal axını" qaz kəmərinin bombalanmasında iştirakını sübut edən yeni məlumatlara görə Fransa Şimali Atlantika Alyansından (NATO) çıxmalıdır.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, qaz kəmərinin partladılmasını Fransa və onun maraqlarına qarşı müharibə aktı kimi qiymətləndirilməlidir.

Filippo vurğulayıb ki, Ukraynanın terror aktında iştirakı Almaniyada artıq müzakirə olunsa da, Kiyev hələ də Rusiyanı təxribatda ittiham etməkdə davam edir.


Müəllif: Arzu

Oxşar xəbərlər