18 Avqust 08:53
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi, Prezident To Lam bazar günü səhər Quançjou şəhərinə (Çinin cənubundakı Quandun əyalətinin inzibati mərkəzi) gedib.

Teleqraf.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilir ki, Vyetnamın hazırkı Prezidenti vəzifəyə gəldikdən sonra ilk xarici səfərini edir.

Avqustun 20-dək davam edəcək dövlət səfəri zamanı Lam ÇXR Sədri Si Cinpinlə, həmçinin Dövlət Şurasının Baş naziri Li Syan və digər şəxslərlə görüşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər