18 Avqust 14:40
2 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda əldə olunan razılaşmalar Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının başlanması üçün yeni zəmin ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, danışıqlar masasına əyləşən zaman "haradan başlamaq lazımdır?" sualı ortaya çıxacaq: "Rusiya Prezidenti Vladimir Putin bunun üçün müdrikcəsinə təklif irəli sürüb. "İstanbulda qaldığımız yerdən davam edək" deyib. Gəlin, sizin tərəfinizdəki danışıqlar aparanların və liderlərin imzaladığı bu dəftəri açaq. Bunu Putin dərhal mənə göndərdi. Bəli, dünyada vəziyyət dəyişir, amma buradan müzakirəyə başlaya bilərik".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər