Demokratlar Partiyasının qurultayı ərəfəsində keçirilən sorğularda ABŞ-ın vitse-prezidenti Kamala Harris respublikaçı rəqibi Donald Trampı 5 faiz qabaqlayır.
Teleqraf.com xəbər verir ki, bu, ABC televiziya şirkəti, "The Washington Post" qəzeti və "Ipsos" sosioloji xidmətinin birgə keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.
Araşdırmaya görə, ABŞ vətəndaşlarının 50 %-i Harrisi, 45 %-i isə Trampı dəstəkləyir. Sorğunun nəticələri Harrisin Trampı 4 faiz qabaqladığını göstərir.
2 mindən çox insanın iştirak etdiyi sorğu avqustun 9-dan avqustun 13-dək aparılıb.