Uzun müddətdir Qərb mediası və hərbi ekspertlər Ukraynanın Kursk vilayətinə niyə hücum etdiyini anlaya bilmirlər. Ukrayna lideri Vladimir Zelenskinin əmrləri “dəlilik və intihar” adlandırılır, qərarında heç bir məntiq görmürlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Komsomolskaya Pravada” yazır.
İrland jurnalist Çey Bouz Ukrayna liderini “çarəsizcə Kurskda intihar edən diktator” adlandırıb.
Ekspertlər Ukrayna üçün böyük itkilər proqnozlaşdırırlar. ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skott Ritterə görə, Ukrayna Kurskda əvəzolunmaz və ən yaxşı Qərb texnikalarını itirəcək: M1, “Leoprad” tankları, “Bradley” PDM və HIMARS.
Nəşr iddia edir ki, bu proqnoz özünü doğrultmağa başlayıb:
“Təkcə son 24 saat ərzində Ukrayna ordusu 300 silahlı və 27 texnika itirib.
İşğalın 13-cü günündə ümumi itkilər belədir: 3460-dan çox hərbçi, 50 tank, 25 PDM, 45 zirehli transportyor, 262 zirehli texnika, 115 maşın, 5 hava hücumundan müdafiə sistemi, 3 HIMARS daxil olmaqla 7 MLRS buraxılış qurğusu, 25 müxtəlif tipli silah, 4 elektron döyüş stansiyası və UR-77 minatəmizləmə qurğusu da daxil olmaqla 4 ədəd mühəndis avadanlığı.
Hərbçilərin bəzi texnika və şəxsi sənədləri Rusiya Silahlı Qüvvələri tərəfindən qənimət kimi götürülüb”.
Nəhayət, Zelenski sükutu pozaraq bufer zona yaratmaq üçün Kurska hücuma ehtiyacın olduğunu söyləyib. Ukrayna lideri davam edən əməliyyatlar fonunda bir daha Qərbdən Ukraynaya silah tədarükünü sürətləndirməyi xahiş edib.
Nəşr hesab edir ki, Kiyevin Kursku saxlamaq üçün kifayət qədər hərbi resurs və canlı qüvvəsi yoxdur.
“Kifayət qədər insan yoxdur və çoxlarının qorxduğu dilemma reallaşır”, - alman hərbi ekspert Karlo Masala deyib.