19 Avqust 11:38
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jan-Lük Melanşonun rəhbərlik etdiyi ultra-solçu “Məğlubedilməz Fransa” Partiyası Prezident Emmanuel Makronu solçu partiyaların “Yeni Xalq Cəbhəsi” koalisiyasından namizəd Lusi Kastanın hökumət başçısı kimi təyin edilməsinə razılıq verməsə, onu impiçmenə başlayacaqları ilə hədələyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Melanşon və tərəfdarlarının məqaləsində deyilir.

Makronun opponentləri konstitusiyanın prezidentin səlahiyyətlərini yerinə yetirmədiyinə görə impiçmentə icazə verən maddəsinə istinad edirlər.

Həmçinin Fransa liderini səlahiyyətlərindən sui-istifadədə günahlandırırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər