Əgər hazırkı vitse-prezident Kamala Harris noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, ABŞ dağılacaq.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.
"Kamala Harris seçilsə ölkəmiz üçün qorxunc nəticələrə səbəb olacaq. O, kommunistdir. Həmişə kommunist olub və kommunist olaraq da qalacaq. Onun rəhbərliyi altında ABŞ çox tez dağılacaq. Biz buna imkan verməyəcəyik", - Tramp bildirib.
Qeyd edək ki, Amerikada prezident seçkiləri noyabrın 5-də keçiriləcək.