Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətindəki bölmələri hücuma keçmək cəhdi ilə yenidən yerləşdirilir, amma Rusiya ordusu vəziyyətə nəzarət edir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin idarə rəisinin müavini, Çeçenistanın “Axmat” xüsusi təyinatlılarının komandanı Apti Alaudinov deyib.
“Vəziyyət nəzarət altındadır. Dünən çox ağır gün idi, düşmənin bir neçə hücum dalğası oldu. Dünən irəliləyən düşmənin çoxlu texnikası məhv edilib. Bu gün hiss edirik ki, düşmən qarşı tərəfdən (Kurska) girməyə cəhd etmək üçün yenidən mövqelərini dəyişir”, - çeçen general bildirib.
Alaudinov qeyd edib ki, Rusiya bölmələri duruma nəzarət edir və qarşı tərəfin hücumuna hazırdır.