Rusiya hüquq-mühafizə orqanları “Vaşinqton Post” qəzetinin (ABŞ) jurnalistlərinin Kursk vilayətinin Suca şəhərindəki əməlləri ilə bağlı faktları öyrənir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
ABŞ nəşri bundan öncə Sucadakı durumla bağlı məqalə dərc edib. Mənbə yazır ki, VP-nin jurnalistləri Ukrayna hərbçilərinin müşayiəti ilə Kursk vilayətinin ərazisinə daxil olublar.
“Rusiya hüquq-mühafizə orqanları amerikalı jurnalistlərin əməlləri ilə bağlı faktları öyrənir”, - Zaxarova məsələ ilə bağlı söyləyib.
Bundan əvvəl İtaliya səfiri Sesiliya Piççioni RAI dövlət teleradio şirkətinin jurnalistlərinin Ukrayna ordusunun hücumunu işıqlandırmaq üçün Kurska daxil olmaları ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Ona kəskin etiraz bildirilib.