Rusiya Qərb mediası əməkdaşlarının ölkəyə qanunsuz daxil olması ilə bağlı bütün halları qeydə alır və qanunu pozanlara qarşı tədbirlər görüləcək.
Teleqraf.com yerli mətbuata istiandən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında paylaşım edib.
Zaxarova xatırladıb ki, Rusiya ərazisinə daxil olmaq üçün müəyyən edilmiş qaydanı pozan bir sıra xarici KİV nümayəndələrinə qarşı dövlət sərhədini qanunsuz keçdikləri üçün artıq cinayət işi açılıb.