ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdəki rəqibi Kamala Harrisin iqtisadi siyasətini “kommunizm” adlandırıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, mitinqdə Harrisin elan etdiyi iqtisadi siyasətləri “Sovet İttifaqının iqtisadi sistemi” ilə müqayisə edib.
Seçkiöncəsi mitinqində Tramp iqtisadi siyasətlərini açıqlayan rəqibi Kəmalə Harrisi sərt tənqid edib:
"Kamala çıxışında kommunist kimi danışdı. Yoldaş Kamala sosialist qiymət nəzarətini həyata keçirmək istədiyini açıqladı. Bunun əvvəllər heç vaxt işləmədiyini görmüsünüz", - Tramp deyib.
Hazırda vitse-prezident olan Harrisin öz partiyası daxilində tənqidlərə məruz qaldıqdan sonra geri çəkilən prezident Co Baydenin yerinə namizəd olması “çevriliş” kimi də xarakterizə edilib.
"Co Bayden ona nifrət edir. Bu, prezidentin devrilməsi idi", - Tramp iddia edib.
Tramp "Time" jurnalında Harrisin rəsminin dərc edilməsinə də toxunaraq bildirib ki, xanım namizədin fotoaparatla çəkilən şəkili yararsız olduğu üçün rəssama müraciət olunub: "Mən Kamaladan daha gözəl görünürəm".