Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukrayna rəhbərliyini respublikaya qarşı qeyri-dost addımlarına yenidən baxmağa çağırıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib .
Onun sözlərinə görə, Kiyev 2022-ci ildə Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etməsindən sonra Ukrayna səfirinin Tbilisidən geri çağırılması məsələsinə yenidən baxmalıdır.