20 Avqust 08:00
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Riqa merinin müavini rus dilindən istifadənin məhdudlaşdırılmasını təklif edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Riqanın vitse-meri Edvards Ratnieks Latviyanın Ədliyyə Nazirliyinə ictimai yerlərdə rus dilindən istifadənin məhdudlaşdırılması tələbi ilə müraciət edib.

Ratnieks qeyd edib ki, ona yerli sakinlərdən şikayətlər daxil olur. Sakinlər Mixail Çexov adına Riqa Rus Teatrının reklam afişalarında rus dilindən istifadə etməsindən narazıdırlar. Ratnieks bunu qəbuledilməz adlandırıb.

“Bu cür reklamların yerləşdirilməsinə normativ-hüquqi aktlar icazə verir, ona görə də mən Ədliyyə Nazirliyinə bu qaydalara yenidən baxılmasını təklif etdim”, - deyə o bildirib.



Müəllif: Arzu

Oxşar xəbərlər