Qahirə İsrailin Filadelfiya dəhlizinə və Misirlə Qəzza zolağı arasındakı Rəfah nəzarət-buraxılış məntəqəsində nəzarəti saxlamaq tələblərini rədd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Al-Qahera News" televiziya kanalı məlumat verib.
Məlumata əsasən, İsrail mediasının Misirin İsrail qoşunlarının sərhəd bölgəsində qalmasına razılıq verdiyini iddia edən xəbərlər "forma və məzmunca yanlışdır".
Qeyd edilib ki, Qahirə İsrail qoşunlarının ərazidən tamamilə çıxarılmasında israrlıdır.