Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləməyə davam edir.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Mənbə Kurskda hücumu davam etdirən Ukrayna qüvvələrinin yeni nəticələr əldə etdiyini bildirir.
“Ukrayna qoşunları Vışnivkada (sərhəddən 14 km) irəliləyiblər”, - amerikalı analitiklər deyirlər.
Rusiya Müdafiə Nazirliyi də bildirir ki, Vışnivka yaxınlığında fəaliyyət göstərən ukraynalılara hava və artilleriya zərbələri endirilib.