Almaniya Ukraynaya yardımı artıra bilərdi, amma Kansler Olaf Şolz bunun yerinə, sələfləri Gerhard Şröder və Angela Merkel dövründə başlayan Rusiyanı sakitləşdirmə siyasətini davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” yazır.
“Ukrayna Prezidenti Vladimir Zelenski lazım gələrsə, təkbaşına döyüşəcək. O, qələbəyə getdikcə daha çox əmin olur, xüsusən də F-16 təyyarələrinin tezliklə bu işə qoşulacaqlarını nəzərə alsaq. Amma Almaniya faktiki olaraq ona deyir ki, Ukrayna, Avropa və Qərb üçün nə qədər fəlakətli olsa da, Putinin şərtləri ilə sülh istəsin”, - Britaniya nəşri qeyd edir.