Kursk istiqamətində öz sektorunda “Axmat” xüsusi təyinatlılarının əsgərləri sistematli şəkildə Ukrayna Silahlı Qüvvələrinin bölmələrini məhv edir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi idarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılarının komandanı, general-mayor Apti Alaudinov deyib.
“Vəziyyət nəzarət altındadır. Artıq bizim sektorda düşmənin qarşısı xüsusi olaraq alınıb, sistemli şəkildə məhv edilir, iş gedir. Vəziyyət, hər şey tamamilə nəzarət altındadır”, - çeçen general qeyd edib.