Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrə Ukrayna qoşunlarını Kursk vilayətinin işğal olunmuş ərazilərindən çıxarmaq üçün bir aydan bir qədər çox vaxt verib.
Teleqraf.com xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Ukrayna kanalının iddiasına görə, Rusiya ordusu Putindən oktyabrın 1-dək Kursk vilayətini azad etmək göstərişi alıb.
Eyni zamanda vurğulanır ki, onların vəzifəsi bunu Rusiyanın Donbasda hücum əməliyyatı apardığı əsas bölgələrdən, ilk növbədə, Pokrovsk və Toretsk istiqamətlərindən qüvvələrini çəkmədən həyata keçirməkdir.