Ukrayna Ali Radası Rus Pravoslav Kilsəsinin və onunla əlaqəli təşkilatların fəaliyyətlərinin ölkə ərazisində qadağan edilməsinin lehinə səs verib.
Teleqraf.com xəbər verir ki, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
265 deputat “lehinə” səs verib. Qanun dərc edildikdən 30 gün sonra qüvvəyə minəcək.
“Ukrayna Pravoslav Kilsəsinin Rus Pravoslav Kilsəsi ilə əlaqələri kəsmək üçün 9 ay vaxtı olacaq”, - Ali Radadan verilən açıqlamada deyilir.
Hələlik Ukrayna Prezidenti Vladimir Zelenski sənədi imzalamayıb.