20 Avqust 17:38
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrailə cavab verməsi uzun müddət ala bilər.

Teleqraf.com xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, general-mayor Əli Məhəmməd Naeini deyib.

“Vaxt bizim tərəfimizdədir, cavab gözləmək uzun çəkə bilər”, - iranlı general qeyd edib.

İran HƏMAS liderinin iyulun 31-də Tehranda öldürülməsindən sonra İsraili hücumla hədələmişdi. Həmin fikri “Hizbullah” terror təşkilatı da təkrarlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər