20 Avqust 22:37
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə müstəqil namizəd kiçik Robert Kennedi namizədliyini geri götürmək istəyir.

Teleqraf.com xəbər verir ki, o, respublikaçı rəqibi Donald Trampı dəstəkləməyi düşünür.

Kennedinin bu fikrini onun vitse-prezidentliyə namizədi Nikol Şanahan açıqlayıb.

“Biz yarışda qala və üçüncü böyük partiya yaratmağa çalışa bilərik. Kamala Harris və Tim Valtsın qalib gəlməsi riski var, çünki biz seçiciləri Trampdan uzaqlaşdıracağıq. Yaxud biz yarışı tərk edib Trampla birləşirik”, - deyə siyasətçi bildirib.

Həmçinin, “Politico” qəzetinin qeyd etdiyi kimi, kiçik Kennedinin belə bir qərara gəlməsinin səbəbi onun seçki kampaniyası üçün vəsaitinin az olmasıdır. Hazırkı sorğulara görə, Kennedi Demokrat Partiyasının tərəfdarları arasında populyarlığını itirib.


Müəllif: Arzu

Oxşar xəbərlər