21 Avqust 08:12
338
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasından prezidentliyə namizədliyini simvolik olaraq qəbul edib.

Teleqraf.com xəbər verir ki, partiyanın Çikaqo şəhərində keçirilən milli qurultayı zamanı təmsilçilərin səsvermə mərasimindən sonra onun namizədliyi qəbul etməsinə dair videomüraciəti nümayiş olunub. Harrisin çıxışı qurultayın sonuncu günü, avqustun 22-nə nəzərdə tutulub.

Kamala Harris avqustun əvvəlində keçirilmiş onlayn səsvermə zamanı partiyasının prezidentliyə namizədi kimi rəsmən təsdiqlənmişdi. Demokratlar Partiyasının Çikaqoda keçirilən milli qurultayında bu gün 57 nümayəndə təntənəli səsvermə mərasimində iştirak edərək səslərini təsdiqləyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər