21 Avqust 14:40
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani növbəti dəfə HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə ölkəsinin İsrailə “cavab tədbirləri”ndən danışıb.

Teleqraf.com xəbər verir ki, iranlı diplomat İsrailə gözlənilməz vaxtda cavab verəcəklərini iddia edib.

“İranın cavabının iki aşkar nəticəsi olmalıdır. Birincisi, təcavüzkar terror və İranın milli suverenliyinin pozulmasına görə cəzalandırmalıdır. İkincisi, İranın çəkindirici gücünü gücləndirməli və gələcək təcavüzün qarşısını almaq üçün sionist rejimi (İsraili) tövbə etməyə məcbur etməlidir”, - İrəvani bildirib.

İranlı diplomat əlavə edib ki, Tehran İsrailə onun gözləmədiyi vaxtda və şəkildə cavab verəcək: “Səma və radar ekranına baxanda yerdə baş verənlərə təəccüblənəcəklər”.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Əli Məhəmməd Naeini bundan öncə söyləmişdi ki, Tehranın Haniyənin öldürülməsinə görə İsrailə cavab verməsi uzun müddət ala bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər