21 Avqust 21:54
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü il 9-16 avqust tarixlərində ABŞ-da neft ehtiyatları 4,65 milyon barel azalaraq 426,2 milyona düşüb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Departament bildirib ki, avqustun ortalarına qədər Birləşmiş Ştatlarda xammalın kommersiya ehtiyatları ilin bu vaxtı üçün son beş ildəki orta göstəricidən beş faiz aşağı olub. Öz növbəsində, ölkədə orta gündəlik neft hasilatı yayın son ayının ortalarında 100 min barel artaraq 13,4 milyon səviyyəsinə çatıb.

Bu vaxta qədər ABŞ-da kommersiya benzin ehtiyatları 1,61 milyon barel azalaraq təxminən 228 milyon barel təşkil edib.


Müəllif: Arzu

Oxşar xəbərlər