22 Avqust 01:58
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Belarusun Ermənistandakı səfirliyi qarşısında keçirilən aksiya, ermənilərin demoqrafik fəlakət yoluna getdiyini göstərir".

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının (parlamentin aşağı palatası - red.) deputatı, "Belaya Rus" partiyasının sədri Oleq Romanov "ONT" telekanalına şərhində deyib.

"Bu, demoqrafik fəlakət yoludur, çünki Ermənistan cəmiyyəti parçalanır, ölkə isə demoqrafik potensialını itirir", - o vurğulayıb.

Xatırladaq ki, avqustun 21-də Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib və nümayişçilər səfirliyin binasına pomidor, yumurta və kartof atıblar.

Bundan sonra Ermənistanın Minskdəki müvəqqəti işlər vəkili Narek Tiraturyan Belarus Xarici İşlər Nazirliyinə çağırılıb və ona Ermənistan hüquq-mühafizə orqanlarının bunun qarşısını almaq üçün kifayət qədər tədbirlər görmədiyi bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər