Demokratlar Partiyasının namizədi Kamala Harrisin prezidenti seçiləcəyi təqdirdə ABŞ üçün yarana biləcək bir sıra təhdidlər açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə konqresmen Maykl Volz bildirib.
Onun sözlərinə görə, Co Bayden administrasiyası artıq özü üçün absurd və təhlükəli prioritetlər müəyyən edib və Harris seçilərsə, heç bir söz demədən bunları həyata keçirməyə davam edəcək.
Volz xüsusilə bunun ABŞ Amerika ordusunun sayının azaldılması ilə bağlı olduğunu deyib.
Konqresmen hesab edir ki, bu plan həyata keçirilsə, hərbi-dəniz və hava qüvvələrinin döyüş qabiliyyəti aşağı düşəcək, say və güc baxımından Çindən geridə qalacaq.