23 Avqust 00:38
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hakimiyyəti Fələstin prezidenti Mahmud Abbasın Qəzza zolağına səfərinə icazə verməyib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstin liderinin beynəlxalq əlaqələr üzrə müşaviri və onun xüsusi nümayəndəsi Riyad əl-Maliki jurnalistlərə müsahibəsində danışıb.

“Biz icazə istəmədik. Prezidentin Qəzzaya gedəcəyini açıqladıq . Bundan sonra İsrailin cavabı gəldi, onlar bizə prezident Mahmud Abbasın Qəzzaya girməsinə icazə verməyəcəklərini dedilər”.

Əl-Malikinin sözlərinə görə, bu, İsrailin Qəzzanı işğal etməsinin sübutudur. Fələstin liderinin xüsusi nümayəndəsi qeyd edib ki, Abbas anklava daxil olmaqdan məhrum ediləcəyini bilirdi və buna görə də BMT Təhlükəsizlik Şurasından kömək və təhlükəsizlik zəmanəti istəyib.


Müəllif: Arzu

Oxşar xəbərlər