Ukrayna qüvvələri Xarkov vilayətində əks-hücum əməliyyatı həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun üçüncü hücum briqadasının mətbuat xidməti məlumat verib.
"Biz əraziləri geri qaytarırıq. Əks-hücum tədbirləri nəticəsində briqada işğalçıların batalyon müdafiə sahəsini, düşmən taqımını və rotasını nəzarətə götürərək təxminən iki kilometr irəliləyib", - məlumatda bildirilib.
Qeyd olunub ki, dörd gün ərzində ruslar üç yüz hərbçi itirib, xeyli texnika və silahs-sursat məhv edilib.