23 Avqust 09:58
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələrinin Pokrovsk istiqamətində irəliləməsi Ukrayna qoşunlarının öz mövqelərindən şəhərin cənub-şərqinə çəkilməyə məcbur edib. Ruslar yerdə Ukrayna qüvvələrinin taktiki mühasirəsini həyata keçirməyə cəhd göstəriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıblar.

Son geolokasiya kadrları göstərir ki, ruslar Ptiçeni (Pokrovskdan cənub-şərq) ələ keçirib və cənuba doğru irəliləyiblər. Bu, Rusiyanın bu istiqamətdə Karliv su anbarının şərq sahilinin qalan hissəsini tutması barədə iddiasını təsdiqləyir.

Ukrayna qoşunları bundan öncə E-50 marşrutu (Donetsk - Pokrovsk) istiqamətində irəliləyərkən mühasirəyə düşmək təhlükəsi ilə üzləşiblər. Taktiki mühasirə təhlükəsi ukraynalıları geri çəkilməyə məcbur edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər