ABŞ prezidenti Co Bayden ağlı başında olsaydı, Amerikaya daha çox zərər verə bilərdi.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson deyib.
“Baydenin ağlı başında deyil. Yaxşı ki, belədir. Təsəvvür edin, ağlı başında olsaydı, bu dörd ildə nələr edə bilərdi..."
Jurnalist qeyd edib ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin heç bir ciddi gücü yoxdur.