Ukraynanın kamikadze PUA-larla Kursk AES-ə hücum cəhdi nüvə terroru aktına çevrildi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyindən (AEBA) dərhal reaksiya tələb olunur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Kiyev rejiminin nüvə terroru aktı AEBA-dan dərhal cavab tələb edir”, - diplomat bildirib.
Rusiya tərəfinin iddiasına görə, avqustun 22-nə keçən gecə Ukrayna Kursk vilayətinin Kurçatov şəhərində yerləşən AES-ə dronla hücuma cəhd edib.
Stansiyaya atılan PUA-nın vurulduğu söylənilir.