Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) Rusiya xüsusi xidmət orqanları ilə “Şimal yolu” adlanan Əfqanıstan narkotik qaçaqmalçılığı marşrutunun ləğvi ilə bağlı birgə əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə MTK məlumat yayıb.
Qurumdan bildirilib ki, Rusiyanın sərhədyanı bölgələrindən birində beynəlxalq narkotik şəbəkəsinin üzvlərinin tutulması üçün irimiqyaslı əməliyyat keçirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən iki şübhəli saxlanılıb. Axtarış zamanı 50 kiloqrama yaxın həşiş aşkarlanıb ki, bunun da qara bazarda qiyməti təxminən 500 min ABŞ dollarıdır. Faktla bağlı araşdırma aparılır.