Ukrayna ordusunun Kursk vilayətinə hücumu Rusiyanı qoşunlarını yenidən yerləşdirməyə məcbur edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Mənbənin iddiasına görə, Rusiya hərbi komandanlığı Kurskdakı vəziyyətlə əlaqədar Ukraynanın Zaporoje vilayətindəki bölmələrini bura köçürür.
ISW ezam olunmuş Rusiya hərbçilərinin sosial şəbəkələrdəki paylaşımlarına istinad edir. Eyni zamanda, ABŞ institutunun hesabatına görə, Rusiya Donetsk vilayətinə, xüsusən də Pokrovsk şəhərinə hücumun əsas xəttini zəiflətməməyə çalışır.