23 Avqust 18:35
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, liderlər birgə əməkdaşlıq, Böyük Britaniya ilə Çin arasında ticarət, iqtisadiyyat və təhsil sahələrində potensial əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi, liderlər iqlim dəyişikliyi və qlobal təhlükəsizlik kimi sahələrdə sıx əməkdaşlığın vacibliyi barədə razılığa gəliblər.

Keir Starmer və Si Cinpin Böyük Britaniya-Çin münasibətlərinin sabit olması, eləcə də onların xarici və daxili işlər üzrə nazirləri arasında dialoqun zəruriliyi və digər məsələlər haqqında danışıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər